Əsas Səhifə > Maraq > Bu gün Bakıda “Sabah” və “Beşiktaş” arasında xeyriyyə oyunu keçiriləcək

Bu gün Bakıda “Sabah” və “Beşiktaş” arasında xeyriyyə oyunu keçiriləcək


13-05-2023, 12:00
Bu gün Bakıda “Sabah” və “Beşiktaş” arasında xeyriyyə oyunu keçiriləcək


Bu gün Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu keçiriləcək.
BrendSport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı baş hakim Tural Qurbanov idarə edəcək. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.
Oyuna saat 18:00-da start veriləcək.
Qeyd edək ki, matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.
Geri qayıt