Əsas Səhifə > Maraq > “Mançester Siti”nin futbolçusu Kevin De Brüyne həftənin ən yaxşı oyunçusu seçilib

“Mançester Siti”nin futbolçusu Kevin De Brüyne həftənin ən yaxşı oyunçusu seçilib


12-05-2023, 18:00
“Mançester Siti”nin futbolçusu Kevin De Brüyne həftənin ən yaxşı oyunçusu seçilib



UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.
BrendSport.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubundan Kevin De Brüyne layiq görülüb.
Belçikalı yarımmüdafiəçi səsvermədə İspaniyanın “Real Madrid” klubundan Vinisius Junior və İtaliyanın “İnter” komandasından Nikola Barella ilə Henrix Mxitaryanı geridə qoyub.
Qeyd edək ki, Kevin De Brüyne İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə etdikləri matçda komandasının yeganə qolunun müəllifi olub.
Geri qayıt