Əsas Səhifə > Maraq > Şanxay trası Formula 1 mərhələsinə lisenziyanı bərpa edib
Şanxay trası Formula 1 mərhələsinə lisenziyanı bərpa edib11-05-2023, 18:00 |
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2023-cü ildə Çin Qran-Prisini ləğv edib, lakin növbəti mövsümdə Şanxayda yürüş keçirməyi nəzərdə tutur. Dünya çempionatına qayıtmağa hazırlıq çərçivəsində “Shanghai International Circuit” trası Formula 1 Qran-Prisinin keçirilməsinə lisenziyanı bərpa edib. BrendSport.az xəbər verir ki, üç il əvvəl verilmiş əvvəlki lisenziyanın müddəti 2019-cu ildə bitib və həmin vaxt Çində bu günə qədər olan son dünya çempionatı keçirilib. Koronavirus pandemiyası və onunla bağlı məhdudiyyətlər səbəbindən son illər Formula 1 bu ölkəyə gəlməyib və trasın lisenziyası uzadılmayıb. Şanxayda Qran-Prinin keçirilmədiyi müddətdə avtodrom təmir olunub və abadlaşdırılıb ki, bu da lisenziyanın müddətini uzatmağa imkan verib. Formula 1 mərhələsinin keçirilməsi hüququ yekun olaraq 2024-cü ildə təsdiq ediləcək və yürüşə bir ay qalmış FIA-nın komissiyası “Shanghai International Circuit”da trasın bütün normativlər üzrə vəziyyətini yoxlayacaq. Geri qayıt |