Əsas Səhifə > Maraq > Bakıda tələbələr arasında beynəlxalq basketbol turniri təşkil olunacaq

Bakıda tələbələr arasında beynəlxalq basketbol turniri təşkil olunacaq


10-05-2023, 19:30
Bakıda tələbələr arasında beynəlxalq basketbol turniri təşkil olunacaq


Mayın 11-15-də Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələr arasında beynəlxalq basketbol turniri keçiriləcək.
BrendSport.az xəbər verir ki, beynəlxalq turnirdə xarici tələbələrlə yanaşı, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri də iştirak edəcəklər.
Turnirin oyunları hər birində dörd komanda olmaqla iki qrup üzrə keçiriləcək. Qruplarda ilk iki yeri tutmuş komandalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, beynəlxalq basketbol turnirinin oyunları "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
Geri qayıt