Əsas Səhifə > Maraq > Azərbaycan millisinin sabiq futbolçusu Almaniyada klubunu dəyişib

Azərbaycan millisinin sabiq futbolçusu Almaniyada klubunu dəyişib


10-05-2023, 17:00



BrendSport.az xəbər verir ki, 32 yaşlı hücumçu Rüfət Dadaşov Şimal-Şərq Regional Liqasında çıxış edən Berlin "Dinamo"suna transfer olunub.

Təcrübəli forvardın sabiq komandası ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Rüfət Dadaşov bunadək "Şalke"nin əvəzedici kollektivinin kapitanı olub. O, 2017/2018 mövsümündə "Dinamo"nun formasını geyinib.
Geri qayıt