Əsas Səhifə > Maraq > Beş dünya çempionatında çıxış edən futbolçu ölüb
Beş dünya çempionatında çıxış edən futbolçu ölüb10-05-2023, 13:00 |
Beş dünya çempionatında çıxış edən ilk futbolçu olan Antonio Karbahal ölüb. BrendSport.az xəbər verir ki, meksikalı sabiq qapıçı 94 yaşında dünyasını dəyişib. Keçmiş qolkiper 1950-ci ildə Braziliyada, 1954-cü ildə İsveçrədə, 1958-ci ildə İsveçdə, 1962-ci ildə Çilidə və 1966-cı ildə İngiltərədəki mundiallarda oynayıb. 1998-ci ildə almaniyalı Lotar Matteus, növbəti illərdə isə Karbahalın həmyerlisi Rafael Markes, argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldu onun rekorduna şərik çıxıblar. Geri qayıt |