Əsas Səhifə > Maraq > “Nant” baş məşqçisi Antuan Kombuare ilə yollarını ayırıb

“Nant” baş məşqçisi Antuan Kombuare ilə yollarını ayırıb


10-05-2023, 12:30
“Nant” baş məşqçisi Antuan Kombuare ilə yollarını ayırıb


Fransanın “Nant” futbol klubu baş məşqçisi Antuan Kombuare ilə yollarını ayırıb.
BrendSport.az xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Komandaya bu mövsümün sonunadək Pyer Aristui baş məşqçi təyin olunub. Ona “Nant”ı ölkənin elit divizionunda saxlamaq tapşırılıb.
Qeyd edək ki, 34 turdan sonra "Nant" Fransa çempionatında 17-cidir.
Xatırladaq ki, P.Aristui daha əvvəl "Nant"ın gənclər komandasını çalışdırıb.
Geri qayıt