Əsas Səhifə > Maraq > UEFA Çempionlar Liqası: “Milan” klubu “İnter”i qəbul edəcək

UEFA Çempionlar Liqası: “Milan” klubu “İnter”i qəbul edəcək


10-05-2023, 12:00
UEFA Çempionlar Liqası: “Milan” klubu “İnter”i qəbul edəcək


Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
BrendSport.az xəbər verir ki, yarımfinalın ikinci matçında İtaliya təmsilçiləri üz-üzə gələcəklər. “Milan” klubu “İnter”i qəbul edəcək.
“San Siro” stadionunda keçiriləcək görüşü ispaniyalı Xesus Xil Mansano idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar arasında cavab matçı mayın 16-da keçiriləcək.
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyanın “Real Madrid” komandası öz meydanında İngiltərənin “Mançester Siti” klubu ilə heç-heçəyə razılaşıb – 1:1.
Geri qayıt