Əsas Səhifə > Maraq > Viktor Osimxen İtaliya çempionatlarının ən məhsuldar afrikalı futbolçusu olub

Viktor Osimxen İtaliya çempionatlarının ən məhsuldar afrikalı futbolçusu olub


9-05-2023, 11:00




“Napoli”nin hücumçusu Viktor Osimxen İtaliya çempionatları tarixinin ən məhsuldar afrikalı futbolçusu olub.
BrendSport.az xəbər verir ki, nigeriyalı forvard A seriyasında ümumi qol sayını 47-yə çatdıraraq rekordu yeniləyib.

O, “Milan”ın əfsanəsi olan liberiyalı Corc Veanın göstəricisini yaxşılaşdırıb. Osimxenə bunun üçün 79 oyun kifayət edib. 25 yaşlı forvard A seriyasının XXXIV turunda “Fiorentina”nı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə penaltidən fərqlənərək, buna nail olub.

Qeyd edək ki, cari mövsüm A seriyasında 23 qola imza atan Osimxen bombardirlər yarışına başçılıq edir.
Geri qayıt