Əsas Səhifə > Maraq > Minifutbol üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşacaq
Minifutbol üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşacaq6-05-2023, 11:30 |
Bu gün Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirinin qalibi müəyyənləşəcək. BrendSport.az xəbər verir ki, Azərbaycan millisi üçüncü yer uğrunda oyunda Qazaxıstan kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq. Finalda Serbiya və Çexiya seçmələri qarşılaşacaqlar. Həmin matç saat 20:30-da start götürəcək. Geri qayıt |