Əsas Səhifə > Maraq > Bakıda keçirilən beynəlxalq minifutbol turnirinin yarımfinalçıları bəlli olub

Bakıda keçirilən beynəlxalq minifutbol turnirinin yarımfinalçıları bəlli olub


5-05-2023, 16:00
Bakıda keçirilən beynəlxalq minifutbol turnirinin yarımfinalçıları bəlli olub


Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirinin yarımfinalçıları bəlli olub.
BrendSport.az xəbər verir ki, yarımfinalda Azərbaycan millisi Serbiya, Qazaxıstan seçməsi isə Çexiya ilə qarşılaşacaq.
Azərbaycan – Serbiya oyunu bu gün saat 20:00-da, Qazaxıstan – Çexiya matçı isə 21:30-da başlayacaq.
Hər iki görüş Bakı Tennis Akademiyasında oynanılacaq.
Qaliblər mayın 6-da final görüşündə üz-üzə gələcəklər.
Geri qayıt