Əsas Səhifə > Maraq > FIDE-nin prezidenti beynəlxalq şahmat festivalının keçirildiyi “Baku Crystal Hall”da olub

FIDE-nin prezidenti beynəlxalq şahmat festivalının keçirildiyi “Baku Crystal Hall”da olub


5-05-2023, 11:45
FIDE-nin prezidenti beynəlxalq şahmat festivalının keçirildiyi “Baku Crystal Hall”da olub


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç “Baku Open 2023” beynəlxalq şahmat festivalının keçirildiyi “Baku Crystal Hall”da olub.
BrendSport.az xəbər verir ki, FIDE rəhbəri yaradılan şəraiti yüksək qiymətləndirib. Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov yarışla bağlı qonağa məlumat verib.
Sonra FIDE rəhbəri Arkadi Dvorkoviç AŞF prezidenti Mahir Məmmədovla şahmat taxtası arxasında yoldaşlıq görüşündə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb.
Geri qayıt