Əsas Səhifə > Maraq > “Napoli”nin çempionluğu Neapolda böyük coşqu ilə qeyd olunur

“Napoli”nin çempionluğu Neapolda böyük coşqu ilə qeyd olunur


5-05-2023, 03:00
“Napoli”nin çempionluğu Neapolda böyük coşqu ilə qeyd olunur


İtaliyanın “Napoli” klubunun 33 il sonra A seriyasının qalibi olması Neapol şəhərində böyük coşqu ilə qeyd edilir.
BrendSport.az xəbər verir ki, “Napoli”nin səfərdə “Udineze” ilə qarşılaşdığı matç “Dieqo Armando Maradona” stadionunda və şəhərin müxtəlif yerlərində quraşdırılan monitorlardan canlı yayımlanıb. Oyunun heç-heçə bitməsinə baxmayaraq, “Napoli” A seriyasının sonuna 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Baş məşqçi Luçano Spalettinin yetirmələri İtaliya futbolunda yenidən tarix yazmağı bacarıblar.
Matçın bitməsi ilə “Dieqo Armando Maradona” stadionuna toplaşan 50 min azarkeş çempionluğu bayram edib. Əllərində İtaliya və klubun bayraqlarını tutmuş azarkeşlər Bakının şəhər qardaşının mərkəzi meydanlarına və küçələrinə axışıblar.
Neapollular tarixlərində üçüncü titullarını qazanıblar. Maradonanın “həmşəhərliləri” 1986–87-ci və 1989–90-cı illərdə “Skudetto”nun sahibi olublar. Bu, “Napoli”nin Dieqo Armando Maradona dövründən sonra ilk çempionluğudur.
Qeyd edək ki, Bakı və Neapol şəhərləri 1972-ci ildə qardaşlaşmış şəhərlər elan olunub. Azərbaycanın paytaxtında Neapol küçəsi var. Eyni ilə Neapolun küçələrindən biri Bakının adını daşıyır.
Geri qayıt