Əsas Səhifə > Maraq > Taekvondo üzrə "Grand Slam” seriyası
Taekvondo üzrə "Grand Slam” seriyası28-12-2017, 21:47 |
Dünya Taekvondo Federasiyası tərəfindən Çin Xalq Respublikasının Usi şəhərində təşkil olunan "Grand Slam” seriyasına 30 dekabr tarixində start veriləcək. Olimpiya çəki dərəcələri üzrə keçiriləcək turnir 2018-ci il yanvarın 30-dək davam edəcək. ATF-dan BrendSoprt.az saytına verilən məlumata görə, bir ay ərzində keçiriləcək yarışın ilk həftəsi, komandamızın üzvü, Dünya və Avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Milad Beigi Hərçəqani (-80 kq) mübarizə aparacaq. İdmançımız bu gün baş məşqçi Reza Mehmandoustun rəhbərliyi ilə Çinə yollanır. Turnirdə mübarizə aparacaq digər taekvondoçumuz, IV İslam Həmrəyliyi Oyunların qalibi Ayxan Tağızadə (-68 kq) 2018-ci il yanvarın 6-da; “Rio-2016” Yay Olimpiya Oyunlarının qızıl medalının sahibi, Dünya və Avropa çempionu, I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Radik İsaev isə 13 yanvar tarixində döyüşlərə qatılacaq. Hər çəki dərəcəsində dəvət olunmuş 12 idmançı mübarizə aparacaq yarışlar ay ərzində həftəsonları baş tutacaq. Qeyd edək ki, yarışın "facebook" (WT Grand-Slam) və "instaqram" (wtgrandslam) sosial şəbəkələrində olan səhifələrinə daxil olub idmançılarımızın şəkillərini bəyənməklə (bəyənim sayına görə) onlara xüsusi mükafat qazandıra bilərsiniz. Əliqasım Məmmədov ADPU 1 kurs tələbəsi. Geri qayıt |