Əsas Səhifə > Maraq > Azərbaycan paratletləri Almaniyada gümüş medal qazanıblar

Azərbaycan paratletləri Almaniyada gümüş medal qazanıblar


2-05-2023, 23:00



Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvləri Kamran Zeynalov və Yelena Taranova Almaniyanın Hannover şəhərində keçirilən Beynəlxalq turnirdə gümüş medal qazanıblar.

BrendSport.az xəbər verir ki , idmançılar miks komanda növündə (kişi və qadın) pnevmatik tapançadan 10 metr məsafəyə atışda (P2) ikinci olublar.

Yarışda Makedoniya millisi 1-ci, Braziliya isə 3-cü yerə çıxıb.

Qeyd edək ki, sözügedən turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.
Geri qayıt