Əsas Səhifə > Maraq > “Gömrükçü” İdman Klubunun açıq birinciliyi keçirilib

“Gömrükçü” İdman Klubunun açıq birinciliyi keçirilib


24-12-2017, 00:10


Taekvondo idman növü üzrə “Gömrükçü” İdman Klubunun açıq birinciliyi keçirilib.

BrendSport.az saytı xəbər verir ki, dekabrın 23-də təşkil edilən birinciliyə 1 və 2 saylı “Gömrükçü” İdman Klubu, "Qafqaz” Taekvondo Klubu, “Qala” Taekvondo Klubu və “Rabitə” Taekvondo Klubudan 130 idmançı qatılıb.

Uşaq, yeniyetmə və gənc taekvondoçular arasında keçirilən yarışın sonunda fəxri kürsüyə qalxan idmançılara təşkilatçı tərəfindən diplom və medallar təqdim olunub.



Geri qayıt