Əsas Səhifə > Maraq > Kanada millisi Bakıdakı dünya çempionatına 9 taekvondoçu ilə gələcək

Kanada millisi Bakıdakı dünya çempionatına 9 taekvondoçu ilə gələcək


2-05-2023, 13:00



BrendSport.az xəbər verir ki, Şimali Amerika təmsilçisinin heyətinə cəlb olunan idmançılardan dördü kişi, beşi isə qadındır.

Azərbaycan paytaxtındakı yarışda kişilərin mübarizəsində Mark-Andre Berjeron, Braven Park, Tae-Ku Park və Jinsu Ha qüvvəsini sınayacaq.

Qadınlardan isə Eşli Krayeveld, Karleli Mersye, Anjelika Orozko, Skaylar Park və Valerie Ho medallar uğrunda yarışacaq.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək təşkil olunacaq.
Geri qayıt