Əsas Səhifə > Maraq > Azərbaycan millisi beynəlxalq turnirə heç-heçə ilə başlayıb

Azərbaycan millisi beynəlxalq turnirə heç-heçə ilə başlayıb


2-05-2023, 02:00
Azərbaycan millisi beynəlxalq turnirə heç-heçə ilə başlayıb

Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirib.
BrendSport.az xəbər verir ki, millimiz ilk oyununda Çexiya seçməsi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda hesab açılmayıb.
Millimiz qrup oyunları çərçivəsində mayın 2-də İtaliya, ertəsi gün Gürcüstan, ayın 4-də isə Serbiya ilə üz-üzə gələcək. B qrupunda isə Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə və Cənubi Afrika Respublikası mübarizə aparacaq.
Qeyd edək ki, turnirə mayın 6-da yekun vurulacaq.
Geri qayıt