Əsas Səhifə > Maraq > “Qarabağ” klubundan Super Liqa təmsilçisinə yeni təklif

“Qarabağ” klubundan Super Liqa təmsilçisinə yeni təklif


1-05-2023, 14:45
“Qarabağ” klubundan Super Liqa təmsilçisinə yeni təklif

Ağdamın “Qarabağ” klubu Qvineya millisinin futbolçusu Fode Koyta üçün Türkiyənin “Trabzonspor” komandasına yeni təklif göndərib.
BrendSport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Mövsümün əvvəlindən 33 yaşlı hücumçunun keçidində maraqlı olan Azərbaycan təmsilçisi yayda bu transferi reallaşdırmaq niyyətindədir.
İcarə əsasında Super Liqanın digər komandası “Kasımpaşa”da çıxış edən Koytanı “Trabzonspor” rəhbərliyi də satmağı planlaşdırır.
Qeyd edək ki, Fode Koytanın “Trabzonspor”la müqavilə müddəti 2024-cü ilin yayınadəkdir.
Geri qayıt