Əsas Səhifə > Maraq > Formula 1: “Red Bull Racing” və Maks Ferstappen dünya çempionatında liderliklərini davam etdirirlər
Formula 1: “Red Bull Racing” və Maks Ferstappen dünya çempionatında liderliklərini davam etdirirlər30-04-2023, 17:50 |
“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisində ikinci olsa da, pilotların sıralamasında liderliyini davam etdirir. BrendSport.az xəbər verir ki, niderlandlı pilotun aktivində 93 xal var və sıralamada birincidir. Formula 1 Azərbaycan Qran-Prisinin qalibi Serxio Peres 87 xalla ikinci pillədə yer alıb. İlk üçlüyü “Aston Martin”in ispaniyalı sürücüsü Fernando Alonso tamamlayıb. Formula 1-in Bakı mərhələsində üçüncü olan “Ferrari”nin pilotu Şarl Lekler xallarının sayını 28-ə çatdırıb və altıncı yerə yüksəlib. Konstruktorlar kubokuna isə 180 xalla “Red Bull Racing” komandası rəhbərlik edir. “Aston Martin” 87 xalla ikinci, “Mercedes” isə 76 xalla üçüncü pillədə qərarlaşıblar. Geri qayıt |