Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u334651im8/domains/brendsport.az/public_html/engine/classes/templates.class.php on line 232 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u334651im8/domains/brendsport.az/public_html/engine/modules/sitelogin.php on line 153
Əsas Səhifə > Maraq > Niko Hülkenberq: Bakıda yürüşlər baxımlı alınır
Niko Hülkenberq: Bakıda yürüşlər baxımlı alınır26-04-2023, 19:00 |
Formula 1 yürüşlərinin pilotu Niko Hülkenberq Melburnda bu mövsümdəki ilk xallarını qazanıb. O, nikbinliklə bunun davamını gözləyir. BrendSport.az xəbər verir ki, “Haas” komandasının pilotu fikirlərini bölüşüb. - Üçhəftəlik fasilədə nə ilə məşğul idiniz? - Vaxt sakit keçdi. Biz Melburn nəticələrinə yekun vurduq, sonra isə Bakı və Mayamiyə hazırlaşdıq. Qarşıda olduqca gərgin hissə gözlənilir. Mən bu iki trasın modeli ilə işləyərək günümü simulyatorda keçirdim. Mən formada olmaq üçün məşq etdim, gücümü bərpa etmək və hazırlaşmaq üçün ailəm ilə birgə iki həftəlik Mayorkaya köçdüm. - Siz Avstraliyada “Haas”ın heyətində ilk xallar qazananda hansı hisslər keçirdiniz? - Yeni komandada ilk xallar – bu, həmişə pozitivdir. Mən həmin sətrin qarşısına işarə qoydum, bu iş baş tutdu. İlk mərhələlərdə biz əla sürət yığdıq, maşının var gücündən istifadə etdik, sazlamanı yaxşılaşdırdıq. Biz bolidlə sınaqlar aparmağı davam etdirir və gələcək irəliləyişə ümid bağlayırıq. Əlbəttə, yürüşü yaxşı keçirib xal qazanmaq xoş idi. - İrəlidə dördüncü mərhələ - Azərbaycan Qran-Prisidir ki, siz ilk dəfə sprinter yürüşü ilə olan mərhələdə iştirak edəcəksiniz. Bu formatı necə görürsünüz? - Mənim üçün birinci sprintdir və bu, azarkeşlərin xoşuna gəlməlidir. Cəmi 1 saat məşq, sonra dərhal təsnifat - lap gənclər seriyasında olduğu kimi. Mən açıq ürəklə bu addımı atıram. Bizim hazırlıq üçün az vaxtımız var. Bakıda mürəkkəb sürətli tras mövcuddur, orada yürüşlər baxımlı alınır. Biz çətin, lakin maraqlı uik-endə hazırlaşırıq. Xatırladaq ki, aprelin 28-də start götürəcək Azərbaycan Qran-Prisi iki təsnifat və iki yarış yürüşü ilə yeni formatda keçiriləcək. Geri qayıt |