Əsas Səhifə > Maraq > “Mançester Siti” qol buraxmadan İngiltərə Kubokunun finalına çıxıb

“Mançester Siti” qol buraxmadan İngiltərə Kubokunun finalına çıxıb


22-04-2023, 22:30



BrendSport.az xəbər verir ki, “şəhərlilərin” bütün qollarını əlcəzairli Riyaz Marez vurub.

“Mançester Siti” qol buraxmadan İngiltərə Kubokunun finalına yüksəlib. Bunu edən sonuncu komanda 1965/66 mövsümündə Liverpul şəhərinin “Everton”u olub.

İkinci yarımfinal isə aprelin 23-də “Mançester Yunayted” ilə “Brayton” arasında baş tutacaq.

Qeyd edək ki, kubokun sonuncu qalibi “Liverpul”dur. Onlar ötən mövsüm finalda “Çelsi”ni məğlub edərək İngiltərə Kubokunu qazanıblar.

“Mançester Siti” sonuncu dəfə bu turnirin final mərhələsində 2019-cu ildə oynayıb. Həmin il onlar bu kubokun sahibi olmuşdular.
Geri qayıt