Əsas Səhifə > Maraq > “Milan” 16 illik fasilədən sonra UEFA Çempionlar Liqasında yarımfinala yüksəlib

“Milan” 16 illik fasilədən sonra UEFA Çempionlar Liqasında yarımfinala yüksəlib


19-04-2023, 14:30
“Milan” 16 illik fasilədən sonra UEFA Çempionlar Liqasında yarımfinala yüksəlib


İtaliyanın “Milan” futbol klubu 16 illik fasilədən sonra UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb.
BrendSport.az xəbər verir ki, baş məşqçi Stefano Piolinin komandası dörddəbir finalda İtaliyanın digər təmsilçisi “Napoli”ni mübarizədən kənarlaşdırıb.
“Milan” sonuncu dəfə 2007-ci ildə turnirin dörddəbir finalında çıxış edib. Həmin mövsüm “Milan” turnirin qalibi olmağı da bacarıb. Komanda finalda “Liverpul”a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Milan” yarımfinalında “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Geri qayıt