Əsas Səhifə > Maraq > İrəvanda qızıl medal qazanan daha bir türk atlet qələbəsini Azərbaycana həsr edib
İrəvanda qızıl medal qazanan daha bir türk atlet qələbəsini Azərbaycana həsr edib19-04-2023, 10:51 |
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında daha bir Türkiyə idmançısı qələbəsini Azərbaycana həsr edib. BrendSport.az xəbər verir ki, çempionatda 64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək Avropa çempionu olub. İdmançı, həmçinin 2 kiçik medal da əldə edib. Belə ki, idmançı 99 kiloqram nəticə ilə birdən qaldırmada qızıl, 120 kiloqram göstərici ilə təkanla qaldırmada bürünc medala layiq görülüb. Təltifetmə mərasimindən sonra Nuray Güngör “TRT Spor Yıldız” telekanalına açıqlamasında bayraq qalmaqalına görə İrəvanı yarışmamış tərk etmiş Azərbaycan idmançılarını unutmadığını bildirib: “Onlar heç də pis olmasınlar. Biz onların yerinə də mübarizə aparıb çempion oluruq”. Daha əvvəl 45 kiloqram çəki dərəcəsində 3 qızıl medal qazanmış Cansu Bektaş və kiçik gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etdiklərini bildirmişdilər. Geri qayıt |