Əsas Səhifə > Maqazin > Niderland millisinin futbolçusu şantajda ittiham edilib

Niderland millisinin futbolçusu şantajda ittiham edilib


11-03-2023, 11:47


Niderland millisinin futbolçusu Yasper Sillessenin keçmiş sevgilisi Mariya Moran onu şantajda ittiham edib.

BrendSport.az
xəbər verir ki, xanım iki il qapıçının ona təzyiq göstərdiyini açıqlayıb.

Mariya Moranın sözlərinə görə, hamilə olan zaman Sillessen abort üçün dəfələrlə ona xəbərdarlıq edib: “Məni çox qorxudurdu. Deyirdi ki, istədiyini etməsəm, şəxsi foto və videolarımı paylaşacaq. Hər gün məni şantaj edirdi, media ilə danışmağıma icazə vermirdi”.

Mariya Moranın vəkili tərəfindən qapıçıya qarşı müxtəlif cinayət və mülki işlər qaldırılıb. Sillessen hətta həbs cəzası da ala bilər.

Qeyd edək ki, hazırda ölkəsində “Neymegen” klubunun formasını geyinən Yasper Sillessen 2013-cü ildən milli komandada çıxış edir.


Geri qayıt