Əsas Səhifə > Maqazin > Formula 1 Azərbaycan Qran-Prisi üçün tikinti-quraşdırma işlərinə başlanılır
Formula 1 Azərbaycan Qran-Prisi üçün tikinti-quraşdırma işlərinə başlanılır3-03-2023, 15:32 |
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton baryerlərin quraşdırılmasına başlayır. BrendSport.az xəbər verir ki, tikinti-quraşdırma işləri bu gün gecə saatlarından başlayacaq və yarış həftəsinədək davam edəcək. Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək. Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında təşkil olunacaq. Geri qayıt |