Əsas Səhifə > Maqazin > Kişi voleybolçular arasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib
Kişi voleybolçular arasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib23-02-2023, 18:33 |
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib. BrendSport.az xəbər verir ki, həmin oyunlar fevralın 25-də və 28-də keçiriləcək. Fevralın 25-də VI turdan təxirə salınmış “Xarı bülbül” - “Murov” qarşılaşması baş tutacaq. Oyun saat 15:00-da başlayacaq. Fevralın 28-də isə VII turun təxirə salınan “Xarı bülbül” - MOİK matçı təşkil olunacaq. Bu görüşün start fiti saat 16:00-da çalınacaq. Hər iki matç Voleybol Mərkəzində keçiriləcək. Geri qayıt |