Əsas Səhifə > Maqazin > "Messi kimi 35 yaşımda dünya çempionu olmaq istəyirəm"

"Messi kimi 35 yaşımda dünya çempionu olmaq istəyirəm"


14-02-2023, 19:53


Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar Paris təmsilçisindəki komanda yoldaşı Lionel Messinin Argentina yığması ilə DÇ-2022-nin qalibi olması haqda danışıb.

BrendSport.az
xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu öz açıqlamasında bildirib. Neymar Messi kimi 35 yaşında mundialın qalibi olmasını istədiyini deyib:

“Lionel həmişə məni ruhlandırır. Dünya çempionatı olsun və ya olmasın, fərqi yoxdur, o, məni həvəsləndirir. Mən "Barselona"ya gələndə Messi həmişə mənə çox dəstək olmuşdu. Onun 34-35 yaşında dünya çempionatında necə qalib gəldiyini görüb başa düşürəm ki, mən də bunu istəyirəm. İndi mürəkkəb görünür, amma ümid edirəm ki, hər şey düzələcək. Biz ildən-ilə irəliləyəcəyik və işlərin necə olacağını görəcəyik. Açığı, mənim çox böyük arzum var: Dünya kubokunu qazanmaq".

Neymar DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzaraq (1:1, penaltilər seriyası - 2:4) mübarizəni dayandırmaqlarını da xatırlayıb: "Xorvatiyadan aldığımız məğlubiyyət çox ağrılı oldu. Oyunu 0:0 hesabı ilə başa vurmaq daha yaxşıdır. Amma bu futboldur. O, gözəl və sehrlidir. Təəssüf ki, bizim üçün bunun əksi oldu. Amma hər şey bizim xeyrimizə ola bilərdi".

Qeyd edək ki, 35 yaşlı Messi Argentina millisi ilə DÇ-2022-nin finalında Fransaya qalib gələrək (3:3, penaltlilər seriyası - 4:2) mundialın qalibi adını qazanıb. Həmçinin o, turnirin ən yaxşı futbolçusu seçilib. Messi və Neymar "Barselona"da çıxış edərkən də komanda yoldaşı olublar. Messi 2004-2021, Neymar isə 2013-2017-ci illərdə Kataloniya təmsilçisinin formasını geyinib. Hazırda hər iki forvard PSJ-də oynayırlar. Messi 2021-ci, Neymar isə 2017-ci ildən bu komandada çıxış edir.
Geri qayıt