Əsas Səhifə > Maqazin > Ronaldo dördüncü dəfə ata oldu

Ronaldo dördüncü dəfə ata oldu


13-11-2017, 09:29


“Real”ın futbolçusu Kriştiano Ronaldo 4-cü dəfə ata olub.

Bu barədə portuqaliyalı hücumçusu İnstaqram hesabında etdiyi paylaşımda məlumat yayıb. 32 yaşlı futbolçunun qız övladı dünyaya gəlib.

Uşağın anası portuqaliyalı Corcina Rodrigezdir.

Qeyd edək ki, Ronaldonun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kriştianonun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda həyata göz açıblar.
Geri qayıt