Əsas Səhifə > Maqazin > Bəylə gəlin stadionda futbol izlədi

Bəylə gəlin stadionda futbol izlədi


15-10-2017, 17:54


Türkiyədə maraqlı hadisə baş verib. Bəylə gəlin toylarından əvvəl stadiona gələrək oyun izləyiblər.

Ali Bölük-İrem Şengül cütlüyünün bu gün toy mərasimləri olacaq. Ali Bölük kimi bu axşam həyat yoldaşı olacaq İrem Şengül də "Ankaragücü" fanatıdı. Onlar "əvvəl oyuna, sonra toya gedəcəyik" deyib üz tutublar stadiona. Ali Bölük kostyum, İrem Şengül isə gəlin paltarında bu gün keçirilən "Ankaragücü" "Boluspor" qarşılaşmasını canlı izləyib.

Qeyd edək ki, "Ankaragücü" 2:0 hesablı qələbə qazanıb.


Geri qayıt