Əsas Səhifə > Maqazin > Braziliya klubunu Azərbaycana dəyişdi

Braziliya klubunu Azərbaycana dəyişdi


11-09-2017, 23:57


“Azərreyl” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. “Çelenc Cup”da oynayacaq “dəmiryolçular” Argentina millisinin hücumçusu Tanya Akosta ilə danışıqları müsbət yekunlaşdırıblar.

26 yaşlı oyunçu ilə 1 illik razılıq əldə olunub. O, Braziliyanın “Pineyros” klubundan transfer edilib.

2010-cu ildən yığmasının şərəfini qoruyan 182 sm boya malik Akostanın karyerası isə əsasən vətəni ilə bağlıdı. “Estudiantes”in yetirməsi olan Bakı təmsilçisinin yeni transferi Argentinada “Kordoba” və “Esqrima”nın formasını geyinib. O, 2015/2016 mövsümündə isə Fransa “Olimpik”inin uğurları üçün oynayıb.
Geri qayıt