Əsas Səhifə > Maqazin > "Qarabağ" Haldorsonun törətdiyi qəzaya münasibət bildirdi

"Qarabağ" Haldorsonun törətdiyi qəzaya münasibət bildirdi


19-10-2018, 12:30


Dünən "Qarabağ" klubunun qapıçısı Hanner Haldorson Bakıda ağır qəza törədib. Belə ki, o, idarə etdiyi 10 UC 909 nömrə nişanlı "Wolksfagen Tuareg” markalı avtomobillə 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Hadisə nəticəsində piyadanın hər iki ayağı qırılıb.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bununla bağlı Qaynarinfo-ya açıqlama verib. O, Haldorsonun məşqdən çıxandan sonra qəza törətdiyini bildirib:

"Hadisə məşq bitdikdən sonra baş verib. Amma özü xəsarət alan şəxsi xəstəxanaya aparıb. Orda nəzarət edib, xəstənin vəziyyəti ilə maraqlanıb".
Geri qayıt