Əsas Səhifə > Maqazin > Unayi Emeridən oyunçularına dil tələbi

Unayi Emeridən oyunçularına dil tələbi


16-09-2018, 22:15


"Arsenal"ın baş məşqçisi Unayi Emeri futbolçulardan ingilis dilində danışmağı tələb edir.

47 yaşlı mütəxəssis yalnız oyunçularla təkbətək söhbət zamanı tərcüməçinin xidmətindən istifadə edəcək. İspan məşqçi hesab edir ki, komanda üzvlərinin ingilis dilində ünsiyyət qurmaları vacibdir.

O, paltardəyişmə otağında kollektivlə yalnız bu dildə danışacaq. U.Emeri artıq məşq zamanı da tərcüməçidən imtina edib. Baş məşqçi ilin sonuna kimi bu dili öyrənməyi planlaşdırır. Onun mətbuat konfranslarında hələ ki tərcüməçidən istifadə olunur.
Geri qayıt