Əsas Səhifə > Maqazin > "Napoli"nin prezidenti Xorvatiyanın məşhur klubunu almaq istəyir

"Napoli"nin prezidenti Xorvatiyanın məşhur klubunu almaq istəyir


16-09-2018, 21:46


"Napoli"nin prezidenti Aurelio De Laurentis daha bir klub almaq arzusundadır.

İtalyan funksioner Xorvatiyanın məşhur klubu "Hajduk"un səhmlərinə sahib çıxmaq istəyir. Klub hazırda maliyyə problemi ilə üzləşib. Onun səhmləri azarkeşlərə məxsusdur. Laurentis belə deyib: "Mənə şans verin, Hajduk-u alım".

Laurentisin bu açıqlamasına Neapolun meri Luici De Macistris ironiya ilə cavab verib: "Yaxşı olardı ki, o, daha bir futbolçu alsın". Laurentis bir müddət əvvəl İtaliyada başqa bir klubu - Bari-ni də alıb.
Geri qayıt