Əsas Səhifə > Maqazin > Salah Qroznıda olanlardan danışdı
Salah Qroznıda olanlardan danışdı30-08-2018, 11:03 |
Misir yığmasının və "Liverpul"un futbolçusu Məhəmməd Salah DÇ-2018 zamanı məskunlaşdıqları Qroznıda üzləşdikləri çətinliklər barədə danışıb. Salah oyunlara rahat hazırlaşmaq imkanlarının olmadığını bildirib. O, azarkeşlər tərəfindən tez-tez narahat edildiklərini deyib: “Mən futbolçuların daha çox qorunmasını tələb edərkən, özümü düşünmürdüm. Bizi tez-tez rejimdən ayırırdılar. Mən iki dəfə restorana daxil ola bilmədim. Dedilər ki, orda adamlar toplaşıb və təhlükəsizlik baxımından uyğun deyil. İnsanlar tez-tez mənim otağıma daxil olur, söhbətləşmək istəyir, harasa qonaq dəvət edirdilər”. Misir yığması DÇ-2018-də qrup oyunlarının hamısında məğlub olaraq, sonuncu pilləni tutub. Geri qayıt |