Əsas Səhifə > Maqazin > Uqo Lloris polis tərəfindən saxlanılıb

Uqo Lloris polis tərəfindən saxlanılıb


25-08-2018, 21:14


“Tottenhem”in və Fransa millisinin qapıçısı Uqo Lloris polis tərəfindən saxlanılıb. Buna səbəb qolkiperin sərxoş halda maşın sürməsi olub. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə Llorisin bir gün bölmədə qaldığı qeyd edilib. Qolkiperin 11 sentyabrda məhkəməyə çıxacağı bildirilir.

“Tottenhem” Llorisi 2012-ci ildə Fransanın “Lion” klubundan transfer edib.

31 yaşlı qolkiper Fransa millisi ilə DÇ-2018-in qalibi olub.
Geri qayıt