Əsas Səhifə > Maqazin > Braziliya Futbol Federasiyasının sabiq prezidenti həbs olundu

Braziliya Futbol Federasiyasının sabiq prezidenti həbs olundu


23-08-2018, 13:27


Braziliya Futbol Federasiyasının sabiq prezidenti, UEFA nümayəndəsi Joze Maria Marinə 4 illik həbs cəzası verilib.

Nyu Yorkda Broklin bölgəsindəki məhkəmədə "FİFA-da rüşvətxorluq" məsələsi ilə bağlı keçirilən məhkəmədə Marin haqda 4 illik həbs və 1,2 milyon cərimə ödəmək qərarı çıxarılıb. Bundan başqa o 3,34 milyon dollarlıq alacağını da itirb.

Marin FİFA-dakı rüşvətxorluq araşdırmaları çərçivəsində "qara para almaq", "pul transferi saxtakarlığı", "şantaj üçün tələ qurmaq" kimi 7 iddianın 6-da dekabr ayında günahkar bilinmişdi.

FİFA-nın yüksək səviyyəli idarəçiləri 2015-ci ildə ABŞ-da rüşvətxorluqla bağlı açılan istintaq zamanı keçirilən əməliyyat nəticəsində İsveçrəin Sürix şəhərində həbs olunmuşdular.
Geri qayıt