Əsas Səhifə > Maqazin > Məşhur türk atletin yapon qızı olduğu sübut edildi -
Məşhur türk atletin yapon qızı olduğu sübut edildi -8-08-2018, 15:10 |
Dünya şöhrətli türkiyəli atlet Naim Süleymanoğlunun yapon qızı olduğu məlum olub. Türkiyə KİV-nin xəbərinə görə, ötən ilin noyabrında dünyasını dəyişən atletin ölümündən sonra Sekai Mori adlı gənc qız Süleymanoğlunun onun atası olduğunu iddia etmişdi. DNT analizinin nəticəsinə görə Mori 99,9% Süleymanoğlunun qızıdır. Atletin uşaqlarının sayı bununla 4 nəfərə çatıbı. Sekai Mori artıq Naim Süleymanoğlunun varislərindən biridir. Qeyd edək ki, ağır atletika üzrə dünya çempionu statusunu qazanmış Naim Süleymanoğludan ümumi dəyəri 2 milyon türk lirəsi ola 4-5 daşınmaz əmlak qalıb. O, ölümündən 4 ay əvvəl sahib olduğu torpaq sahəsini 2 milyon lirəyə sataraq məbləği qardaşının hesabına köçürüb. Atletin pulun övladlarına qalmaması üçün belə addım atdığı iddia edilir. Geri qayıt |