Əsas Səhifə > Maqazin > Deşam tarixə düşdü
Deşam tarixə düşdü15-07-2018, 23:54 |
Fransa millisinin baş məşqçisi Didye Deşam tarixə düşüb. O, həm məşqçi, həm də futbolçu kimi dünya çempionu olan üçüncü şəxs olub. 1998-cı ildə Fransa millisi ilə futbolçu kimi dünya çempionatının kubokunu qazanan 49 yaşlı mütəxəssis DÇ-2018-də məşqçi olaraq da bu uğura nail olub. Qeyd edək ki, bundan əvvəl braziliyalı Mario Zaqallo və alman Frans Bekkenbauer həm futbolçu, həm məşqçi kimi mundialın kubokunu qazanmışdı. Geri qayıt |