Əsas Səhifə > Maqazin > “Gələcəyini sən qur!” intellektual biznes simulyasiya yarışı keçirildi
“Gələcəyini sən qur!” intellektual biznes simulyasiya yarışı keçirildi25-06-2018, 22:13 |
23 iyun 2018-ci il tarixdə Bakı şəhərində 5 ali təhsil müəssisəni təmsil edən 15 komandanın iştirakı ilə “Gələcəyini sən qur” intellektual biznes simulyasiya yarışı keçirilmişdir. BrendSport.az saytı xəbər verir ki, biznes simulyasiya oyunu praktiki təhsil konsepsiyasına əsaslanmış,tələbələrin komanda şəklində işləmək və düzgün qərarlar vermək bacarıqlarını inkişaf etdirmişdir. Yarış zamanı komandalar sahib olduqları virtual şirkətin perspektivlərini və biznes imkanlarını qiymətləndirmiş, digər şirkətlərlə sərfəli şərtlərlə virtual əqdlər bağlamışdırlar. Yarış 6 mərhələdən ibarət olmuş, komandalar sahib olduqları resursları sərfəli qiymətə satmağa və virtual kapitalın artırılmasına çalışmışdırlar. Oyun çərçivəsində alıcı və satıcı qismində çıxış edən komandalar üçün qiymət dəhlizi müəyyən edilmiş və əmtəənin qiyməti üzərində razılaşmalar aparılmışdır. Hər mərhələnin sonunda əqdlər təsdiqlənmiş, məlumatlar vahid bazaya daxil edilmiş və aralıq nəticələr komandalara bildirilmişdir. Bütün mərhələlərin yekununda maksimal mənfəət əldə etmiş komanda qalib adını qazanmışdır. Simulyasiya yarışın keçirilməsində məqsəd – gənclərin iqtisadi biliklərinin artırılması olmuşdur. Yekunda virtual məbləğə əsasən ən çox gəlir əldə etmiş Azərbaycan Dövlət İqtisad Universitetinin komandası qalib adını qazanmışdır. Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılmışdır. Geri qayıt |