Əsas Səhifə > Maqazin > 39 ildən sonra İranda bir ilk
39 ildən sonra İranda bir ilk21-06-2018, 20:34 |
İranda milli komandanın DÇ-2018-in qrup mərhələsində İspaniyaya qarşı keçirdiyi oyunu (0:1) Tehranın "Azadi" stadionunda canlı yayımlanıb. Bu matç əlamətdar olub. Belə ki, bu matçı qadınlar da kişilərlə birgə izləyib. Bu hal İranda 39 il sonra baş verib. Qadınları əvvəlcə içəri buraxmaq istəməyiblər. Lakin azadlığını tələb edən qadınların etirazlarından sonra geri çəkilən təşkilatçılar onları stadiona buraxmaq məcburiyyətində qalıb. Qeyd edək ki, İranda futbol oyunlarında qadınların stadiona girişi qadağandır. Geri qayıt |