Əsas Səhifə > Maqazin > Aleks De Souzadan "Fənərbaxça" mesajı -

Aleks De Souzadan "Fənərbaxça" mesajı -


3-06-2018, 20:12


2004-cü il İyunun 3-də "Fənərbaxça" ilə rəsmi müqavilə imzalayan Aleks De Souza bu tarixi un utmayıb.

Braziliyalı futbolçu "İnstaqram" hesabından açıqlama verərək o vaxtkı klub idarəçiləri Hakan Bilal Kutulalp, baş məşqçi Kristof Daum və komanda yoldaşı, Lusianoya təşəkkür edib.

Bununla yanaşı o imza atdığı həmin anın da fotosunu paylaşıb.

Futbolçu mesajında "Burda 3 nəfərə xüsusi təşəkkür etmək istəyirəm. Hakan Bilala məni "Fənərbaxça"ya gətirmək üçün çəkdiyi əziyyətə, Kristof Dauma yüksək səviyyədə oynamağım üçün məni qoruduğuna və @f.luciano3 məni "Fənərbaxça"ya gəlməyim üçün yola gətirdiyinə görə. Qalanı da tarixə yazıldı. Çox gözəl tarixə" sözlərini yazıb.


Geri qayıt