Əsas Səhifə > Maqazin > Filipe Luis bu dəfə İtaliya yolunda

Filipe Luis bu dəfə İtaliya yolunda


16-04-2018, 16:07


Madrid “Atletiko”sunun müdafiəçisi Filipe Luis karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. “La Gazzetta dello Sport”un məlumatına görə, “Yuventus” braziliyalı futbolçunun xidmətində maraqlıdı.

Luisin meneceri Jorje Mendeşin ötən həftə “Real” ilə cavab görüşü ərəfəsində Madriddə “Yuventus” rəsmiləri ilə görüşdüyü bildirilir.

Cari mövsümdə La Liqada 17 oyunda meydana çıxan Filipe Luis 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Geri qayıt