Əsas Səhifə > Maqazin > AFFA prezidenti: Millimiz axır ki, azarkeşləri sevindirə bildi

AFFA prezidenti: Millimiz axır ki, azarkeşləri sevindirə bildi


17-11-2023, 06:00

Millimiz axır ki, azarkeşləri sevindirə bildi. Bu münasibətlə, hər kəsi təbrik edirəm.

BrendSport.az
xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, millinin baş məşqçisi Canni De Byazinin müqaviləsinin uzadılması məsələsi hələ müzakirə olunmur: “Bu, birbaşa AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda millimizin Belçika ilə oyunu var. C. Byaziyə uğurlar arzulamalıyıq ki, komandamız səfərdə yaxşı oyun nümayiş etdirə bilsin, futbolçularımızın əhval-ruhiyyəsi yüksəlsin”.
Geri qayıt