Əsas Səhifə > Maqazin > MMA döyüşçüsündən Ronalduya böyük jest

MMA döyüşçüsündən Ronalduya böyük jest


11-02-2018, 12:52


Rusiyalı MMA döyüşçüsü Həbib Nurmaqomedov "Real Madrid"in futbolçusu Kriştianu Ronalduya xəz dərindən hazırlanmış papaq hədiyyə edib, portuqaliyalı hücumçu əvəzində ona top və futbolkasını verib. Görüşün videosunu Nurməhəmmədov öz "Instagram" səhifəsində paylaşıb.

"Bir-birinə hədiyyə verdik. Kimin kimə nə hədiyyə etdiyini özünüz başa düşdünüz", — deyə Nurmaqomedov bildirib.

Dağıstanlı idmançı Ronaldonun futbolkasının kolleksiyasında xüsusi dəyərə malik olacağını qeyd edib. Ronaldo və Nurmaqomedov İspaniya Primerasında baş tutan "Real" - "Real Soceidad" (5:2) oyunundan sonra görüşüb.




Geri qayıt