Əsas Səhifə > Maqazin > "İşimdə və həyatımda idman mənə çox köməklik edir"
"İşimdə və həyatımda idman mənə çox köməklik edir"9-02-2018, 10:25 |
Aytac Əliyeva 15 aprel 1997-ci ildə Bakıda anadan olub. 2003-cü ildə Xırdalan şəhəri 2 saylı məktəbi bitirib. 2004-cü ildən isə Rafiq müəllimin rəhbərliyi ilə "Abşeron" komandasının tərkibində taekvondo üzrə məşqlərə başlayıb. Aytac artıq II dan qara kəmər sahibidir. Baki birinciliyinin və respublika çempionatının qalibidir. Bu günə qədər çıxış etdiyi yarışlarda 67 medal və diplom əldə edib. Bunlardan 49-u qızıl medal, 12-si gümuş, 6-sı isə bürünc medaldır. İdmançı xanım hazırda "ASAN XİDMƏT"in 2 saylı filialında işləyir. Aytacı deyir ki: "Xanımlar üçün idman vacibdir. İşimdə və həyatımda idman mənə çox köməklik edir. Eşidirlər ki, idmançıyam ətrafımdakılar daha da hörmətlə yanaşırlar. İdman insana əlavə stimul verir. Bütün taekvondoçu xanımlara uğurlar arzulayıram". Alxas Geri qayıt |