Əsas Səhifə > Maqazin > Qadınlar Dibaladan istifadə edirlər

Qadınlar Dibaladan istifadə edirlər


23-12-2017, 15:55


"Juventus"un argentinalı hücumçusu Paulo Dibala maqazin verilişlərindən birinin qonağı olub.

24 yaşlı futbolçu şəxsi həyatından danışarkən qadınların onu daha çox pula və şan-şöhrətinə görə istədiklərini bildirib:

"Qızlar mənimlə tanış olmaq istəyəndə bilirəm ki, məni bəyəndikləri üçün bunu etmirlər. Mənim pulum və məşhurluğum var. Qadınlar mənim şan-şöhrətimdən istifadə etmək istəyirlər. Bu səbəbdən insanlara güvənim azdır. Məşhur futbolçuların çoxu tənha həyat sürür".

Qeyd edək ki, Argentina millisinin üzvü 2015-ci ildən "Yuventus"da çıxış edir.
Geri qayıt