Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u334651im8/domains/brendsport.az/public_html/engine/classes/templates.class.php on line 232 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u334651im8/domains/brendsport.az/public_html/engine/modules/sitelogin.php on line 153
Əsas Səhifə > Manşet > Azərbaycanda Paralimpiya hərəkatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycanda Paralimpiya hərəkatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır6-04-2023, 15:47 |
Bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli və məsuliyyətli inkişaf yolunun, əldə etdiyi möhtəşəm nailiyyətlərin hesabat dövrüdür. “Heydər Əliyev İli” dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir. Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ümummilli Liderin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür. “Heydər Əliyev İli” müstəqil Azərbaycan dövlətinin nailiyyətlərinin təbliğ edilməsi baxımından geniş meydan açır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi 20 il ərzində ölkəmiz bütün istiqamətlər üzrə hərtərəfli şəkildə inkişaf edərək böyük dövlətlərin cərgəsində layiqli yerini alıb. BrendSport.az xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının vitse-prezidenti İlqar Rəhimovun “Azərbaycanda Paralimpiya hərəkatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra yaranan sosial-siyasi sabitlik dövründə Azərbaycanda müxtəlif sahələrin inkişafına təkan verilib. Əlbəttə ki, bu istiqamətlərdən biri də ölkə idmanının yeni səviyyəyə çıxması idi. Məhz bu dövrdə - 1996-cı ildə Azərbaycan Milli Paralimpiya Komitəsi təsis edilib və həmin il Azərbaycan paralimpiyaçıları Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ilk dəfə Atlanta Yay Paralimpiya Oyunlarına yola düşüblər. Ulu Öndərin dəyərli tövsiyələri hər zaman idmançılarımızı ruhlandıraraq Paralimpiya Oyunlarında qələbələrimizin əsasını qoyub. 2000-ci il Sidney Yay Paralimpiya Oyunlarından əvvəl və sonra Ümummilli Lider Heydər Əliyevin paralimpiyaçılar ilə görüşməsi, həmin ərəfədə Ulu Öndərin paralimpiyaçılarımız üçün Sumqayıtda yeni, beynəlxalq standartlara cavab verən Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında tapşırıq verməsi ölkəmizin idman həyatında müsbət dəyişikliklər və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə Paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu. Bunun başlıca səbəbi, hazırda Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi oldu. Onun gəlişi ilə Azərbaycan idmanının fəth etdiyi zirvələr göz qabağındadır. Bu mənada paralimpiyaçıların da diqqətdən kənarda qalmaması, onlara diqqət və qayğının artması yarışlarda əldə edilən nəticələrin əyani göstəricisidir. Həmin vaxt Azərbaycan Milli Paralimpiya Komitəsi Prezidentinin Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilməsi təşkilati məsələlərdə həmrəyliyin və birliyin nümunəsi oldu. Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə Sumqayıtda inşa edilmiş Paralimpiya İdman Kompleksinin 2008-ci il avqustun 28-də açılış mərasimi oldu. MDB məkanında ilk dəfə paralimpiyaçılar üçün belə bir kompleksin istifadəyə verilməsi ölkəmizdə Paralimpiya hərəkatının inkişafında yeni mərhələ açdı. Tədbirdə Azərbaycan Prezidenti, paralimpiyaçıların dostu İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişdilər. Dövlətimizin başçısı çıxışında demişdi: “Paralimpiyaçıların idmana olan sədaqəti və xüsusilə Azərbaycan paralimpiyaçılarının uğurları və beynəlxalq yarışlarda iştirakı böyük qəhrəmanlıqdır. Azərbaycan dövləti sizin bu səylərinizi çox yüksək qiymətləndirir və qiymətləndirməlidir. Məhz buna görə maksimum dərəcədə çalışırıq ki, sizin üçün lazımi şəraiti yaradaq. O cümlədən belə gözəl idman mərkəzinin tikintisi bunu bir daha sübut edir. Mən çox şadam ki, Azərbaycanda Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir və ümumiyyətlə, Paralimpiya oyunlarında iştirak edən idmançıların sayı artır. Bizim Paralimpiya Oyunlarında nəticələrimiz hər dəfə daha da böyük olur. Azərbaycan dövləti paralimpiyaçıların mükafatlandırılması üçün lazımi tədbirlər görür və görəcəkdir. Bir də demək istəyirəm ki, paralimpiyaçılar, sözün əsl mənasında, fədakar insanlardır. Onlar zədələrdən, yaralardan, bəzən sağalmayan yaralardan əziyyət çəkirlər. Ancaq buna baxmayaraq, öz fədakarlığını göstərərək, idmanla məşğul olur, Azərbaycanı təbliğ edirlər. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldırırlar və Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Azərbaycan dövləti də çalışır ki, əlindən gələni etsin ki, sizin şəraitiniz, həyatınız daha da yaxşı olsun”. Hazırda Ümummilli Lider Heydər Əliyevin mütərəqqi idman siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə fiziki imkanları məhdud insanların sosial rifahının yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Paralimpiyaçılarımız da həmişə dövlətimizin başçısının qayğıkeş münasibətini öz üzərlərində daim hiss edirlər. Mötəbər beynəlxalq turnirlərdə qələbələr qazanmış paralimpiyaçılar, onların məşqçiləri müntəzəm olaraq dövlətimizin başçısının sərəncamları ilə yüksək orden və medallarla təltif olunurlar. Paralimpiyaçılarımızın da maddi rifahı yaxşılaşdırılır, idmançılarımız mənzillər və minik avtomobilləri ilə təmin olunurlar. Ümumilikdə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması həmişə dövlətimizin başçısının diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olub. Ölkəmizdə Ulu Öndərin xatirəsinə mütəmadi olaraq mötəbər yarışlar təşkil olunur. 2019-cu ildə Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilib. Turnirin təşkilati işlərlə yanaşı, açılış və bağlanış, mükafatlandırma mərasimlərində, könüllülər arasında fiziki imkanları məhdud şəxslərə yer verilməsi xüsusilə təqdirəlayiq və sevindirici haldır. Bütün bunlar Azərbaycan Milli Paqralimpiya Komitəsinin apardığı uğurlu siyasətin nəticəsidir. Paralimpiyaçılarımızın qazandıqları nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da diqqətindən kənarda qalmayıb. Fond fiziki məhdudiyyətli insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluqlarının artırılmasına yönələn müxtəlif layihələr uğurla həyata keçirib. İkiqat Paralimpiya çempionu İlham Zəkiyevə Heydər Əliyev Fondu tərəfindən “Qızıl çinar” mükafatı və qalib paralimpiyaçılara fərdi təqaüd verilib. Bu qayğı və diqqət paralimpiyaçılarımızı yeni uğurlar qazanmağa sövq edir. Dahi şəxsiyyət Heydər Əliyev dünya tarixinin gedişatına təsir göstərməyi və tarixi yenidən qurub-yaratmağı bacaran nadir dövlət xadimlərindən biri idi. Ulu Öndərin uzaqgörən dövlətçilik idealları bu gün də müstəqil Azərbaycan Respublikasının inkişaf yoluna gur işıq salır və bələdçilik edir. Geri qayıt |