Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u334651im8/domains/brendsport.az/public_html/engine/classes/templates.class.php on line 232 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u334651im8/domains/brendsport.az/public_html/engine/modules/sitelogin.php on line 153 Çap versiya > İdman mütəxəssisləri Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər
Əsas Səhifə > Manşet > İdman mütəxəssisləri Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər

İdman mütəxəssisləri Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər


4-03-2023, 02:37
İdman mütəxəssisləri Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında tədbir keçirilib.

BrendSport.az
xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Komitənin baş katibi Azər Əliyev, Olimpiya çempionları, tanınmış idman veteranları və mütəxəssisləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanının tarixindəki rolundan, fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra tədbir iştirakçıları çıxış edərək Ümummilli Lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər.
1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş Olimpiya çempionu Nazim Hüseynov həmin gündən danışıb. O, həmin gün bir qrup idman mütəxəssisinin orden və medallarla təltif edildiyini də xatırladıb.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə bu tarixi gündən əsasını götürən və ölkəmizdə böyük uğurla davam etdirilən idmanın və Olimpiya Hərəkatının inkişaf mərhələlərinin şahidi və iştirakçısı olmağın bəxş etdiyi qürur və fərəh hissini bölüşərək deyib: “Ulu Öndər Heydər Əliyev Azərbaycan idmanının inkişafına çox böyük töhfələr verib, diqqət və qayğı göstərib. Ümummilli Liderin Azərbaycan idmanına göstərdiyi diqqət və qayğı ilə yanaşı, ən böyük töhfəsi İlham Əliyevə Milli Olimpiya Komitəsinə rəhbərliyi təklif etməsi olub”.

Vaxtilə Azərbaycanın idman şərəfini qoruyan, ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimizin xatirələri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Atıcılıq üzrə dünya çempionatının üçqat gümüş mükafatçısı, Avstraliyada yaşayan Valeri Timoxinin, Rusiyada yaşayan voleybol üzrə ikiqat Olimpiya, üçqat Avropa çempionu, həmyerlimiz İnna Rıskalın, ABŞ-də məşqçilik fəaliyyətini davam etdirən qılıncoynatma üzrə dünya çempionu, beşqat SSRİ çempionu Samir İbrahimovun Ulu Öndərlə bağlı xatirələrindən bəhs edən videomüsahibələri alqışlarla qarşılanıb.

MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Komitənin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, MOK-un İcraiyyə Komitəsinin üzvü Faiq Qarayev, Əməkdar məşqçi Asif Əsgərov, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov, SSRİ-nin Əməkdar məşqçisi Ağayar Axundzadə, Olimpiya Oyunlarının mükafatçısı Vüqar Ələkbərov, üçqat dünya çempionu Məhyəddin Allahverdiyev, beynəlxalq dərəcəli qrosmeyster Aynur Sofiyeva və başqaları Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışıblar.

Qeyd edilib ki, ölkəmizdə idman və Olimpiya Hərəkatı dövlətin, şəxsən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin daimi qayğısı ilə əhatə olunub. 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də bu qayğının parlaq təzahürüdür.

Tədbirdə 2022-ci ilin yekunları ilə bağlı 5 nominasiya üzrə “Ədalət prinsiplərinə sadiq” mükafatının qalibləri təltif olunub. Könül Mahmudova “Ədalətli Oyunlar prinsiplərinə sadiq təbliğatçısı”, Taleh Ziyadov “Ədalətli Oyunlar prinsiplərinə sadiq idman xadimi”, Asif Məlikov “Ədalətli Oyunlar prinsiplərinə sadiq idman hakimi”, Qurban Qurbanov “Ədalətli Oyunlar prinsiplərinə sadiq məşqçi”, Eldəniz Əzizli isə “Ədalətli Oyunlar prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafata layiq görülüblər.

Bundan başqa, stolüstü tennis üzrə SSRİ İdman ustası, beynəlxalq dərəcəli hakim Aleksandr Zudova Azərbaycan və Rusiya dövlətləri arasında Olimpiya hərəkatına, beynəlxalq əməkdaşlıq sahəsindəki töhfəyə görə Rusiya Milli Olimpiya Komitəsi tərəfindən təltif olunduğu xüsusi diplom verilib. Çimərlik güləşi üzrə yığma komandanın baş məşqçisi Oyan Nəzərianiyə isə 2019-cu ildə Dohada keçirilən çimərlik oyunlarının bürünc medalı təqdim edilib.
Geri qayıt