Əsas Səhifə > Manşet > Qardaş köməyi" platforması fəaliyyətini davam etdirir
Qardaş köməyi" platforması fəaliyyətini davam etdirir15-02-2023, 10:31 |
Qardaş Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yarım məqsədilə yaradılmış “Qardaş köməyi” platforması fəaliyyətini uğurla davam etdirir. Platforma çərçivəsində yardımları toplamaq üçün Bakıda müxtəlif məntəqələrin yaradılması haqqında məlumatlar verilmişdir. BrendSport.az saytının Gənclər Şöbəsi “Qardaş köməyi” platformasından aldığı məlumata əsasən xəbər verir ki, Bakı şəhəri, Xarici dairəvi küçəsi 2038-ci məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq” Satınalma Direktorluğunda yerləşən yardım toplama məntəqəsi, 13 fevral tarixindən Bakı şəhəri, Balaxanı qəsəbəsi – Binəqədi yolu 15 ünvanında yerləşən Makro 2000 fabrikinin ərazisinə köçürülüb. Xatırladırıq ki, Platforma çərçivəsində yardımlar əlavə olaraq Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında yerləşən “Peynirci baba” mağazasında, Salyan şosesi, 22, Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən “Aqro Terminal” bazasında, Ağ şəhər, “Yaşıl Ada” nömrə 2-də toplanır. Geri qayıt |